İpoteka və Kredit Zəmanət Fondunun öhdəlikləri artıb

İpoteka və Kredit Zəmanət Fondunun öhdəlikləri artıb
# 02 iyun 2018 10:49 (UTC +04:00)

İpoteka və Kredit Zəmanət Fondu bu ilin I rübü üçün maliyyə göstəricilərini açıqlayıb.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, bu il aprelin 1-nə Fondun cəmi aktivləri 1 mlrd. 71,801 mln. manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 11,8% çoxdur.

Fondun aktivlərinin 67,6%-ni və ya 724,42 mln. manatını ipoteka kreditləri təşkil edib. Yanvar-mart aylarında Fondun kredit portfeli 6% artıb.

Hesabat dövründə Fondun cəmi öhdəlikləri 1,4% artaraq 553,049 mln. manata çatıb, o cümlədən borc öhdəlikləri 1,3% azalaraq 531,612 mln. manata düşüb.

Fondun cəmi kapitalı isə 25,6% artaraq 518,752 mln. manat, nizamnamə kapitalı “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi hesabına 27,3% (100 mln. manat ) artaraq 466 mln. manat olub.

Bu ilin I rübündə Fondun faiz gəlirləri 11,12 mln. manat, faiz xərcləri 4,051 mln. manat olub.

Fond I rübü 5,562 mln. manat mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR