Qubada ev yanıb

Qubada ev yanıb
# 05 dekabr 2016 05:06 (UTC +04:00)

Qubada yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Quba rayonu, Zərdabi qəsəbəsində vətəndaşa məxsus tikintisi başa çatmamış ümumi sahəsi 30 m2 olan birmərtəbəli 1 otaqlı kürsülü evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 05:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR