Azərbaycandan xaricə aparılan şalban və odun ixrac gömrük rüsumuna cəlb ediləcək

Azərbaycandan xaricə aparılan şalban və odun ixrac gömrük rüsumuna cəlb ediləcək
# 30 mart 2017 09:57 (UTC +04:00)

Azərbaycandan ixrac edilən şalban, odun, budaq, çırpı bağlamaları və ya analoji formalarda yanacaq oduncağı (oduncaq talaşası və ya yonqarı; şalbanlar, briketlər, qranullar şəklində və ya analoji formalarda aqlomerasiya olunmuş və ya olunmamış mişarağzı və ağac tullantıları və skrap) ixrac gömrük rüsumuna cəlb ediləcək.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib.

İxrac zamanı bu materialların 1 kub metri üçün 1000 dollar ixrac gömrük rüsumu tətbiq ediləcək.

Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR