Moskvada ticarət mərkəzində yanğın zamanı xəsarət alanların sayı artıb - YENİLƏNİB-1

Moskvada ticarət mərkəzində yanğın zamanı xəsarət alanların sayı artıb  - <span style="color: red;">YENİLƏNİB-1
# 10 iyul 2017 23:11 (UTC +04:00)

Moskvada “RİO” ticarət mərkəzində baş verən yanğın nəticəsində xəsarət alanların sayı 18 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 14 nəfər xəstəxanaya yerləşdirilib, onlardan bəzilərinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Ticarət mərkəzində mağazaların birində qısaqapanmadan əmələ gələn yanğın tam söndürülüb. Yanğın zamanı ticarət mərkəzindən təxminən 3 min nəfər təxliyə edilib.

***

23:10

Moskvada “RİO” ticarət mərkəzində baş verən yanğın söndürülüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Moskva merinin müavini Pyotr Biryukov bildirib.

“Hazırda yanğın yanğınsöndürənlər tərəfindən tam söndürülüb”, deyə P.Biryukov qeyd edib.

Onun sözlərinə görə, hadisə nəticəsində 14 nəfər xəsarət alıb, onlardan 4-ün vəziyyəti ağır kimi qiymətləndirilir. Yaralılar helikopterlərlə xəstəxanalara çatdırılıb.

***

22:19

Moskvanın şimal-şərq bölgəsində “RİO” ticarət mərkəzində güclü yanğın baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində biri uşaq olmaqla, 14 nəfər xəsarət alıb.

Yanğın 70 min kvadrat metr ərazini əhatə edib. İlkin məlumata əsasən, yanğına qısaqapanma səbəb olub. Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR