Pakistanda yük maşını məktəb binasına çırpılıb, ölən və xəsarət alanlar var

Pakistanda yük maşını məktəb binasına çırpılıb, ölən və xəsarət alanlar var
# 13 yanvar 2017 17:39 (UTC +04:00)

Pakistanda yük maşını məktəb binasına çırpılıb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, insident Kəşmirin Pakistana aid hissəsində qeydə alınıb.

Yük maşınının sürücüsü idarəetməni itirərək məktəb binasına çırpılıb. Qəza nəticəsində azı 5 nəfər ölüb, 30 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Hadisə yerindən qaçan sürücü saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR