Moskva rusiyalı diplomatların ABŞ-da seçki məntəqələrinə daxil olmasının məhdudlaşdırılmasını pisləyib

Moskva rusiyalı diplomatların ABŞ-da seçki məntəqələrinə daxil olmasının məhdudlaşdırılmasını pisləyib
# 08 noyabr 2016 08:36 (UTC +04:00)

"Moskva rusiyalı diplomatların ABŞ-da seçki məntəqələrinə daxil olmasının məhdudlaşdırılmasını qəbuledilməz hal hesab edir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, bununla əlaqədar ABŞ tərəfinə nota təqdim edilib.

Qeyd edək ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova ABŞ Federal Təhqiqatlar Bürosunun rusiyalı diplomatların seçki məntəqələrinə buraxılmaması məqsədi ilə onlara təzyiq göstərildiyini bəyan edib. O qeyd edib ki, belə hadisələrdən biri Hyustonda baş verib. FTB agenti baş konsulluğun əməkdaşının avtomobilini bloklayıb. Rusiya XİN-nin məlumatına görə, ABŞ Dövlət Departamenti nota ilə rusiyalı diplomatlara özbaşına seçki məntəqələrinə yaxınlaşmamalarını tövsiyyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR