Türkiyədə PKK terrorçularının avtomobili partlatması nəticəsində 3 əsgər şəhid olub

Türkiyədə PKK terrorçularının avtomobili partlatması nəticəsində 3 əsgər şəhid olub
# 14 oktyabr 2016 11:26 (UTC +04:00)

Bakı - APA. Türkiyədə PKK terrorçularının hərbi avtomobili partlatması nəticəsində 3 əsgər şəhid olub.

APA-nın "Doğan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, terrorçular Diyarbəkir-Mardin yolunda hərbi avtomobil keçərkən partlayıcını işə salıblar.

Partlayışda ölənlərlə yanaşı, xeyli yaralının da olduğu bildirilir.

Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib.

Partlayışdan sonra ərazidə antiterror əməliyyatına başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR