Cəlilabad sakininin həyətindən çətənə plantasiyası aşkarlanıb

Cəlilabad sakininin həyətindən çətənə plantasiyası aşkarlanıb
# 21 iyul 2017 07:28 (UTC +04:00)

Cəlilabad sakininin yaşadığı evin həyətindən çətənə plantasiyası aşkarlanıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayon polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı rayonun Qarazəncir kənd sakini Rəşid Qasımovun həyətyanı sahəsinə baxış keçirilib. Oradan aqrotexniki qaydada becərilmiş 139 ədəd narkotik tərkibli çətənə kolu aşkarlanıb. Çətənə kolları kökündən çıxarılaraq qablaşdırılıb və hal şahidlərinin iştirakı ilə maddi sübut kimi götürülərək şöbəyə gətirilib.

Faktla araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR