Azərbaycanın baş konsulu Batumidə ölənlərin xatirəsini yad edib

Azərbaycanın baş konsulu Batumidə ölənlərin xatirəsini yad edib
# 27 noyabr 2017 10:27 (UTC +04:00)

Azərbaycanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov “Leogrand” hotelində yanğın zamanı ölənlərin xatirəsini yad edib.


APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, baş konsul hotel binasının önünə gül dəstəsi qoyub və ölənlərin ailələrinə başsağlığı verib.

Baş konsul faciə ilə bağlı dərin hüznünü ifadə edib: “Azərbaycan xalqı adından faciə qurbanlarının ailələrinə başsağlığı verirəm. Azərbaycan və Gürcüstan dost ölkələrdir və çətin vaxtlarda hər iki ölkə bir-birinin yanındadır”.


Qeyd edək ki, ötən həftə “Leogrand” hotelində baş vermiş yanğın nəticəsində 10 Gürcüstan və 1 İran vətəndaşı olmaqla 11 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Faciə ilə bağlı bu gün Gürcüstanda matəm günüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR