Gürcüstanda hərbçi özünü güllələyib

Gürcüstanda hərbçi özünü güllələyib
# 01 mart 2017 00:18 (UTC +04:00)

Gürcüstanda hərbçi özünü güllələyib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə Qori rayonundakı Uplistsixe kəndindəki hərbi bazada baş verib. Hadisə bu gün günorta saatlarında qeydə alınıb. “Özünü güllələyən əsgər bir neçə dəqiqədən sonra xəstəxanaya çatdırıb və təcili əməliyyat olunub. Həkimlərin dediyinə görə, yaralanan əsgərin vəziyyəti orta ağırdır”, - deyə Gürcüstan Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə nazirinin birinci müavini Zaal Kapanadze və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah Tibb İdarəsinin nümayəndələri hadisə ilə bağlı xəstəxanaya baş çəkiblər.

Faktla bağlı Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polisi cinayət işi qaldırılıb. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR