“Azərbaycanın mədəni sərvəti" layihəsi üzrə ustad dərslərinin iştirakçıları təltif olunub

“Azərbaycanın mədəni sərvəti" layihəsi üzrə ustad dərslərinin iştirakçıları təltif olunub
# 23 dekabr 2016 15:12 (UTC +04:00)

Xalça Muzeyində UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Xalça Muzeyinin birgə təşkilatçılığı ilə “Azərbaycanın mədəni sərvəti" layihəsi çərçivəsində ustad dərslərinin iştirakçılarının təltifetmə mərasimi keçirilib.

APA-nın məlumatına görə, muzeyin direktoru Şirin Məlikova bildirib ki, layihə çərçivəsində Almaniya, Rusiya, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan dəvət olunmuş peşəkarlar tərəfindən ustad dərsləri keçirilib: "Layihənin məqsədi unudulmaqda olan milli adət-ənənələrimizi yaşatmaqdan ibarətdir. Parça, tikmə və milli geyimlərin dirçəlməsi üzrə ustad dərsləri bu layihənin bir proqramıdır. Dərslər ümumilikdə 41 gün davam edib və uğurla başa çatıb”.

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının müşaviri Gülnarə Ağalarova, muzeyin direktor müavini Yalçın Səlimov və başqaları layihənin əhəmiyyətindən danışıb, bildiriblər ki, proqram unudulmaqda olan əl sənəti işlərinin gələcək nəsillərə çatdırılmasında böyük rol oynayacaq.

Tədbirdə "Azərbaycanın mədəni sərvəti" layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR