Şəkidə 54 yaşlı kişi faciəvi şəkildə ölüb

Şəkidə 54 yaşlı kişi faciəvi şəkildə ölüb
# 01 dekabr 2016 17:41 (UTC +04:00)

Şəkidə 54 yaşlı kişi traktorun qoşqusunun altında qalaraq ölüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saatlarında Şəki rayon sakini, 1962-ci il təvəllüdlü Asim İspəndiyar oğlu Mustafazadə idarə etdiyi qoşqulu traktorla tullantıların atılması üçün ayrılmış xüsusi ərazidə zibil boşaldan zaman qoşquda nasazlıq yaranıb. Asim Mustafazadə yaranan nasazlığı aradan qaldırmağa çalışarkən qoşqu qəfildən sürətlə enib və A.Mustafazadənin başını əzib. Nəticədə o faciəvi şəkildə hadisə yerində ölüb.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR