Azərbaycanda müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılıb

Azərbaycanda müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılıb
# 26 may 2018 10:06 (UTC +04:00)

Azərbaycan Texniki Universitetinin idman zalında müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsinə başlanılıb.

APA-nın xəbərinə görə, ibtidai sinif müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi bu gün və sabah, digər fənləri tədris edən müəllimlərin diaqnostik qiymətləndirilməsi isə 29 may - 2 iyun tarixlərində keçiriləcək.

Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq.

Diaqnostik qiymətləndirmədə respublikanın ümumi təhsil müəssisələrində çalışan 19 minə yaxın müəllim iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR