AZPROMO-da Omsk vilayətinin iş adamları ilə görüş olub

AZPROMO-da Omsk vilayətinin iş adamları ilə görüş olub
# 03 aprel 2017 15:28 (UTC +04:00)

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Rusiyanın Omsk vilayətindən olan iş adamları ilə Azərbaycan iş adamları arasında işgüzar görüş keçirilib, əməkdaşlıq barədə müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə hər iki tərəfdən sənaye, kənd təsərrüfatı, elektroenergetika, səhiyyə, turizm və digər sahələrdə fəaliyyət göstərən 40-dan çox sahibkar iştirak edib.

AZPROMO-nun vitse-prezidenti Vidadi Quliyev Azərbaycan iqtisadiyyatı, əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, rusiyalı sahibkarları əməkdaşlığı genişləndirməyə dəvət edib.

Rusiyanın Omsk vilayətinin İxraca Dəstək Mərkəzinin nümayəndəsi Polina Şut Omsk vilayətinin iqtisadi imkanlarına dair təqdimatla çıxış edib.

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR