BOKT-lardan birinin səhmdarı kapitala qoyduğu payı geri alır

BOKT-lardan birinin səhmdarı kapitala qoyduğu payı geri alır
# 29 noyabr 2017 07:05 (UTC +04:00)

Bank olmayan kredit təşkilatı "EFfektivest" MMC təsisçilərinin (payçılarının) 29 dekabrda ümumi yığıncağı keçiriləcək.

"APA-Economics" xəbər verir ki, bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.

Yığıncağın gündəliyinə salınan məsələlərə gəlincə, təsisçi Fuad Abduriza oğlu Məmmədovun "EFfektivest" MMC-nin təsisçiliyindən çıxması və nizamnamə kapitalına qoyduğu payının ona verilməsi barədə ərizəsinə baxılması, şirkətin cari il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının aparılması üçün audit təşkilatının seçim edilməsi və ümumi yığıncağın qərarının icrasının təmin edilməsi üzrə məsul şəxs barədə məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR