“Qızıl buts”a iddia edənlərin siyahısı açıqlanıb

“Qızıl buts”a iddia edənlərin siyahısı açıqlanıb
# 08 yanvar 2018 11:40 (UTC +04:00)

“Latsio”nun hücumçusu Çiro İmmobile A seriyasında qollarının sayını 20-yə çatdırıb. Apasport.az saytının məlumatına görə, XX turda “Spal”la səfər matçında poker edən 27 yaşlı forvard “qızıl buts” yarışında liderliyi ələ keçirib.

Bununla, cari mövsüm ölkə birinciliklərində ən çox qol vuran futbolçu ünvanına yiyələnən İmmobilenin aktivində 40 xal var. Onu 19 qolla PSJ-nin uruqvaylı hücumçusu Edinson Kavani izləyir. Harri Keyn (“Tottenhem”) və Mauro İkardinin (“İnter”) isə aktivində 18 top var.

Ötən mövsümün qalibi Lionel Messi hələlik 16 qolla 32 xal toplayıb.

Azərbaycan Premyer Liqasının geridə qalan 14 turunda cəmi 9 qolla bombardirlər yarışına başçılıq edən “Qəbələ”nin futbolçusu Baqali Dabo isə 9 xal toplaya bilib.

“Qızıl buts” uğrunda mübarizədə son durum:

Yer

Futbolçu

Klubu / Ölkəsi

Qol

Xal

1

Çiro İmmobile

Latsio / İtaliya

20

40

2

Edinson Kavani

PSJ / Uruqvay

19

38

3

Harri Keyn

Tottenhem / İngiltərə

18

36

Mauro İkardi

İnter / Argentina

18

36

5

Məhəmməd Salah

Liverpul / Misir

17

34

6

Lionel Messi

Barselona / Argentina

16

32

7

Robert Levandovski

Bavariya / Polşa

15

30

Radamel Falkao

Monako / Kolumbiya

15

30

9

Conas

Benfika / Braziliya

19

28.5

İqor Anqulo

Qornik – İspaniya

19

28,5

11

Paulo Dibala

Yuventus - Argentina

14

28

Qeyd edək ki, Lionel Messi və Kriştianu Ronaldo hərəyə 4 dəfə “qızıl buts” mükafatını qazanaraq, rekorda imza atıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR