Çinin Tayvandakı neft emalı zavodunda partlayış olub

Çinin Tayvandakı neft emalı zavodunda partlayış olub
# 29 yanvar 2018 03:34 (UTC +04:00)

Çinin CNPC şirkətinin Tayvandakı neft emalı zavodunda boyler qurğusu partlayıb. Partlayışdan sonra ərazidə güclü yanğın baş verib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, partlayışın səbəbi hələlik məlum deyil.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, xilasedici və həkim briqadaları cəlb edilib.

Yanğını nəzarətə götürmək mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR