Mərkəz: Zorakılığa məruz qalan qadınların cəmi 32,2%-i kömək məqsədilə müraciət edir

Mərkəz: Zorakılığa məruz qalan qadınların cəmi 32,2%-i kömək məqsədilə müraciət edir
# 02 oktyabr 2017 14:30 (UTC +04:00)

“Qadınların istəmədiyi vaxt güclə cinsi əlaqəyə məcbur etmə faktlarına daha çox 30-34 yaş kateqoriyalarında rast gəlinir”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Beynəlxalq Qeyri-Zorakılıq günün həsr olunan tədbirdə həkim metodist Raisə Əhmədova deyib.

Onun sözlərinə görə, ailədə mübahisələr baş verdiyi zaman qadınlar daha çox şillələnir: "Nəticələr göstərir ki, şillələnməyə 41,8%, itələnməyə, silkələnməyə 27,5% hallarda məruz qalırlar. Əşya ilə vurulma 24,4% təşkil edir. Qadınlar istəmədiyi vaxt güclə cinsi əlaqəyə məcbur etmə faktlarına daha çox 30-34 yaş kateqoriyalarında 12,2% və 55-59 yaş kateqoriyalarında 14,7% məruz qalırlar ki, bu da digər yaş kateqoriyaları ilə müqayisədə yüksəkdir. Qadınların cəmi 32,2%-i kömək məqsədilə kimə isə müraciət edib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR