BDU-ya prorektor təyin etmək adı ilə dələduzluq edən şəxsə hökm oxunub

BDU-ya prorektor təyin etmək adı ilə dələduzluq edən şəxsə hökm oxunub
# 07 mart 2017 10:10 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bəhruz Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, B. Əhmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, B. Əhmədov ötən il Bakı şəhər sakinini Bakı Dövlət Universitetinə (BDU) prorektor təyin etmək adı ilə 10 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR