Bakının daha üç ərazisində tıxacın aradan qaldırılması ilə bağlı təkliflər hazırlanır

Bakının daha üç ərazisində tıxacın aradan qaldırılması ilə bağlı təkliflər hazırlanır
# 08 noyabr 2017 10:51 (UTC +04:00)

Bakı Nəqliyyat Agentliyi (BNA) tıxac yaranan yol qovşaqlarında problemlərin aradan qaldırılması üzrə proqram hazırlayır.

APA-Economics” xəbər verir ki, bu barədə BNA-nın baş direktoru Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, ay ərzində paytaxtda tıxac yaranan 2-3 yol qovşağı barədə məlumatlar proqrama daxil ediləcək.

“Əvvəla bizim fikirlərimizlə Nazirlər Kabineti yanında Yol Hərəkəti Komissiyasının digər peşəkar üzvlərinin fikirləri də üst-üstə düşməlidir. Biz təklifərimizi vermişik, onlardan cavab gözləyirik. Razılıq verildiyi təqdirdə, biz təkliflərin mərhələli şəkildə implementasiyasına başlayacağıq. Hazırda Heydər məscidi, 3 mikrorayon dairəsi, 20 yanvar metro stansiyasının ətrafında olan yol qovşaqları ilə bağlı işlər görülür. Bilirsiniz ki, Tbilisi prospektindəki durumla bağlı araşdırmalarımız olub və müvafiq təkliflərimiz verilib. Yol qovşağında tıxacın aradan qaldırılması o qədər asan məsələ deyil. Bilirsiniz ki, kommunikasiya xətlərinin köçürülməsi kimi işlər görülməlidir. Bizim təkliflərimiz ondan ibarətdir ki, az xərc çəkilərək yolun genişləndirilməsinə, yəni yeni yol zolağının yaradılmasına nail olmaqdır”, - deyə V. Kərimli bildirib.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR