Azərbaycanda manatla pul bazası son bir ildə 27% artıb

Azərbaycanda manatla pul bazası son bir ildə 27% artıb
# 08 yanvar 2020 13:54 (UTC +04:00)

Ötən ilin dekabrın 30-na Azərbaycanda manatla pul bazası 12 152,5 mln. manat təşkil edib ki, bu göstərici son bir ay ərzində 1 478,0 mln. manat və ya 13,8% artıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, manatla pul bazası 2018-ci ilin analoji dövrü ilə müqayisədə 2 606,8 mln. manat və ya 27,3% artıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR