Magistral kəmərlərlə nəql olunan neft və qazın həcmi açıqlanıb

Magistral kəmərlərlə nəql olunan neft və qazın həcmi açıqlanıb
# 16 noyabr 2017 12:12 (UTC +04:00)

2017-ci ilin yanvar-oktyabr aylarında magistral neft kəmərləri ilə 35 mln. 584,5 min ton neft nəql edilib.


Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, nəqletmənin 78,8%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-oktyabr ayları ərzində bu kəmər vasitəsilə 28 mln. 49,3 min ton neft ötürülüb. Dövr ərzində BTC ilə 5 mln. 351,7 min ton tranzit nefti də nəql edilib.


Magistral qaz kəmərləri ilə isə 17 mlrd. 961,2 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,3% artım müşahidə olunub. Qazın nəqlinin 33,3%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 5 mlrd. 973,7 milyon kubmetr qaz ötürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR