Dəməşqdə Rusiya səfirliyinin yerləşdiyi ərazi yenidən atəşə tutulub

Dəməşqdə Rusiya səfirliyinin yerləşdiyi ərazi yenidən atəşə tutulub
# 13 oktyabr 2016 10:23 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Suiryanın paytaxtı Dəməşqdə Rusiya Federasiyası səfirliyinin yerləşdiyi ərazi yenidən minaatanlardan atəşə tutulub.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN məlumat yayıb. Bildirilir ki, hadisə nəticəsində diplomatik missiyanın əməkdaşları xəsarət almayıb.

Atəş ekstremistlərin nəzarəti altında olan Cobar rayonu tərəfindən açılıb. “Minalardan biri diplomatik missiyanın xarici mühafizəsinin postu yaxınlığına, digəri konsulluq şöbəsinin girişinin yaxınlığına düşüb, iki mərmi isə səfirliyin hasarından 100 metr kənarda partlayıb”,- deyə məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR