Azərbaycanda 40-a yaxın Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaradılıb

Azərbaycanda 40-a yaxın Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti  yaradılıb
# 01 fevral 2017 15:34 (UTC +04:00)

Azərbaycanda 40-a yaxın Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) yaradılıb.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, MMMC-lər Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

“İqtisadiyyat Nazirliyi tərəfindən ölkənin şəhər və rayonlarında çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi, eləcə də yeni MMMC-lərin yaradılması ilə bağlı tədbirlər həyata keçirilir. Mənzil-kommunal sahəsində yeni münasibətlərin təbliği, çoxmənzilli binaların idarə olunmasının yeni metodlarının tətbiqi və digər məsələlərin müzakirəsi məqsədilə yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin nümayəndələrinin iştirakı ilə görüşlər təşkil edilir, maarifləndirici broşurlar və materiallar paylanılır. Bununla yanaşı, yeni idarəetmə üsullarının tətbiqinə maraq göstərən sahə mülkiyyətçiləri İqtisadiyyat Nazirliyində olur və onlara MMMC-lərin yaradılması ilə bağlı hüquqi-təşkilati köməklik göstərilir”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, paytaxt üzrə ən çox MMMC Binəqədi, Yasamal və Nəsimi rayonlarında yaradılıb. Abşeron rayonu üzrə isə artıq 2 MMMC qeydiyyatdan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR