İpoteka Fondu 5 aydır kreditləşdirməni dayandırıb

İpoteka Fondu 5 aydır kreditləşdirməni dayandırıb
# 07 noyabr 2016 08:17 (UTC +04:00)

2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitlərindən ipoteka kreditləşməsinin həcmi 1,1 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrünün göstəricisindən 70,2 dəfə azdır.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankın (AMB) açıqladığı statistikaya istinadən xəbər verir ki, bununla belə, may-avqust aylarında olduğu kimi, sentyabr ayında da AİF-in agent bankları tərəfindən ipoteka kreditləri verilməyib.

AMB-nin məlumatına əsasən, yanvar-sentyabr aylarında AİF 31,6 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib (illik azalma 57,1%).

Yanvar-sentyabr aylarında fond sosial ipotekanın verilməsi üçün dövlət büdcəsindən 36,7 mln. manat alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR