Bakıda avtoyuma məntəqəsində yanğın olub

Bakıda avtoyuma məntəqəsində yanğın olub
# 05 may 2018 17:12 (UTC +04:00)

Bakıda yanğın hadisəsi baş verib. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Bakının Xətai rayonunda ümumi sahəsi 70 m² olan avtoyuma məntəqəsinin dam örtüyü 40 m² sahədə, yaxınlıqdakı 4 ədəd şam ağacı və ümumi sahəsi 10 m² olan köməkçi tikilinin içərisində köhnə avtomobil ehtiyat hissələri yanıb yüksək temperaturdan bitişik hasarın plastik üzlüyü 12 m² sahədə əriyib.

Avtoyuma məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR