Bakıda Pakistan-Azərbaycan-Türkiyə sərgisi keçiriləcək

Bakıda Pakistan-Azərbaycan-Türkiyə sərgisi keçiriləcək
# 27 fevral 2019 17:13 (UTC +04:00)

Bu ilin aprelin 11-13-də Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Pakistan-Azərbaycan-Türkiyə sərgisi keçiriləcək.

Azpromo-dan ONA-ya verilən məlumata görə, tədbirdə geniş çeşidli məhsullar nümayiş olunacaq və potensial alıcıların tələbatını ödəmək məqsədilə onlarla qarşılıqlı ünsiyyət qurulacaq. Sərgi çərçivəsində B2B görüşlərin keçirilməsi də nəzərdə tutulub.

Azpromo Əl Oyunları Sarayında təşkil olunacaq sərgiyə Azərbaycan şirkətlərini qatılmağa çağırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR