Türkiyənin idxal etdiyi qazın 13%-i Azərbaycanın payına düşür

Türkiyənin idxal etdiyi qazın 13%-i Azərbaycanın payına düşür
# 23 yanvar 2017 13:44 (UTC +04:00)

Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Türkiyəyə "Şahdəniz-1" layihəsi çərçivəsində hasil olunan 5 mlrd. 885,36 mln. kubmetr qaz ixrac edib. "APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6% çoxdur.

Qeyd edilib ki, ötən ilin noyabr ayında Azərbaycan Türkiyəyə 576,76 mln. kubmetr qaz ixrac edib.

Qaz boru xətləri ilə Türkiyəyə nəql olunan "mavi yanacağ"ın 13,24% Azərbaycanın, qalanı isə İran və Rusiyanın payına düşür.

2015-ci ildə Azərbaycan Türkiyəyə 6 mlrd. 168,68 mln. kubmetr qaz ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR