Nazir Ramin Quluzadə Şirvanda vətəndaşları qəbul edəcək

Nazir Ramin Quluzadə Şirvanda vətəndaşları qəbul edəcək
# 06 fevral 2017 14:07 (UTC +04:00)

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Şirvan şəhərində Hacıqabul, Sabirabad, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinlərinə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, qəbul 10 fevral saat 12:00-da keçiriləcək.

Vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün vətəndaşların aşağıdakı telefonlara zəng etmələri xahiş olunur.

Şirvan şəhərində 021 2151515

Hacıqabul rayonunda 021 2043101

Sabirabad rayonunda 021 2355082

Saatlı rayonunda 021 2852126

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR