Gömrük orqanına düzgün bəyan edilməmiş xəz kürklər aşkarlanıb

Gömrük orqanına düzgün bəyan edilməmiş xəz kürklər aşkarlanıb
# 05 aprel 2018 12:12 (UTC +04:00)

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda malların gömrük sərhədindən düzgün bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri ərazisində qeydiyyatda olan karqo şirkətinin adına Çindən göndərilən brutto çəkisi 11 588 kq olan yük gömrük əməkdaşları tərəfindən yoxlanılıb.

Həmin yük Hava Nəqliyyatında Baş Gömrük İdarəsində müvafiq gömrük bəyannamələri ilə rəsmiləşdirilən qadın geyim mallarından ibarət olub.

Yoxlama zamanı, altı ədəd bağlamanın içərisində gömrük orqanına düzgün bəyan edilməmiş cəmi 50 ədəd müxtəlif etiketli xəz kürklər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR