Xarici müəssisə və təşkilatlar Azərbaycanda əsas kapitala 2,9 mlrd. manat yönəldib

Xarici müəssisə və təşkilatlar Azərbaycanda əsas kapitala 2,9 mlrd. manat yönəldib
# 16 iyul 2018 13:20 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2892,6 mln. manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2298,0 mln. manatı (79,4%-i) Birləşmiş Krallıq, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Çexiya, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 61,1%-ni tikinti, yenidənqurma və genişləndirmə, 10,3%-ni əsaslı təmir, 9,4%-ni cari təmir, 19,2%-ni isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 80,2%-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR