Binəqədidə 22 İyul - Milli Mətbuat Günü münasibəti ilə tədbir keçirilib

Binəqədidə  22 İyul - Milli Mətbuat Günü münasibəti ilə tədbir keçirilib
# 21 iyul 2017 16:34 (UTC +04:00)

Binəqədi rayonunda 22 İyul - Milli Mətbuat Günü münasibəti ilə “Binəqədi bələdiyyələri hesabat verir” adlı tədbir keçirilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Tahir Rzayev, “İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, RİH başçısı Aparatının şöbə müdirləri Ramiz Göyüşov və Elman Dadaşov, Binəqədi rayonunun bələdiyyə sədrləri, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, bələdiyyələrin Məhəllə Komitələrinin sədrləri, seçicilər, KİV nümayəndələri və Bakı şəhərinin digər rayonlarının bir sıra bələdiyyə sədrləri iştirak ediblər.

Tədbirdə öncə Milli Mətbuat Gününün tarixi haqqında məlumat verilib.

Daha sonra Binəqədi bələdiyyələri sədrləri hesabat xarakterli çıxışlar ediblər.

“Bələdiyyələrdə vergi ödəyiciləri ilə aparılan işin vəziyyəti: nailiyyətlər və problemlər” mövzusunda Məhəmməd Əmin Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, “Seçici məmnunluğu bələdiyyələrin fəaliyyətinin prioritet sahəsi kimi” mövzusunda Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı, “Bələdiyyələrin beynəlxalq əlaqələri” mövzusunda Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva, “Bir bələdiyyə-bir layihə”si çərçivəsində Binəqədi bələdiyyələrində görülən işlər Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev geniş məlumat veriblər.

Sonra tədbirdə çıxış edənlər AzTV-nin əməkdaşı Firuzə Nadir və Belediyye.info saytının redaktoru Vüqar Tofiqli bildirdilər ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun məntiqi nəticəsi kimi bu gün ölkədə azad, demokratik və güclü mətbuat var. Hazırda müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra natiqlər Binəqədi rayonunda media qurumları ilə işin peşəkar səviyyədə qurulduğunu və artıq media nümayəndələrinin rayon ərazisində görülən işlər barədə məlumatları rayonun sosial şəbəkələrdəki səhifələrindən, internet saytından operativ şəkildə əldə edə bildiklərini qeyd etdilər, məlumatların peşəkar səviyyədə hazırlanması və informasiya mübadiləsinin operativliyinin təmin olunmasına görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Binəqədi RİH başçısının müavini Aygün Əliyeva, millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Tahir Rzayev çıxış edib, 22 İyul- Milli Mətbuat Günü münasibətilə media nümayəndələrinə təbriklərini çatdırıblar.

Natiqlər vurğulayıblar ki, ölkədə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir.

Tədbirin rəsmi hissəsi Milli Mətbuat Günü ilə bağlı bir neçə media nümayəndəsinin və televiziya əməkdaşlarının Fəxri fərmanla təltif edilməsi ilə bitib.

Tədbir bədii hissə ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR