Cəlilabadda motosiklet minik avtomobili ilə toqquşub, xəsarət alan var

Cəlilabadda motosiklet minik avtomobili ilə toqquşub, xəsarət alan var
# 27 yanvar 2017 17:17 (UTC +04:00)

Cəlilabadda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Ocaqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Natiq adlı sürücünün idarə etdiyi motosikl minik avtomobili ilə toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan motosiklin sürücüsü Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR