“Texniki tənzimləmə haqqında” qanun layihəsi hazırlanıb

“Texniki tənzimləmə haqqında” qanun layihəsi hazırlanıb
# 06 dekabr 2017 08:27 (UTC +04:00)

“Texniki tənzimləmə haqqında” qanun layihəsi artıq hazırdır və ilin sonuna qədər təsdiqlənəcək”.

APA-nın məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib. O qeyd edib ki, qanun layihəsinə əsasən, dövlət texniki reqlament hazırlamağı öz üzərinə götürür: “Qanunun qəbulundan sonra ona nəzarət etmək mexanizmi də işlənilməlidir. Bu da əsasən qeyri-ərzaq sahəsidir - elektrotexnika, uşaq oyuncaqları və s”.

O əlavə edib ki, Azərbaycanda ərzaq təhlükəsizliyi agentliyinin yaradılması bu sahədə pərakəndəliyi aradan qaldırılacaq.

“Əvvəllər ölkədə ərzaq təhlükəsizliyi sahəsində müəyyən pərakəndəlik vardı. Hər bir qurum səlahiyyəti çərçivəsində müəyyən nəzarət həyata keçirirdi. Tarladan süfrəyə qədər nəzarət mexanizmi yox idi. Müəyyən problemlər yaşayırdıq. Ərzaq Təhlükəsizliyi Agentliyinin yaranması müsbət hadisədir. İnanıram ki, Agentlik öz qarşısına qoyduğu vəzifələri yerinə yetirəcək. Biz də öz təcrübəmizlə onlara kömək edəcəyik. Bizdə infrastruktur da mövcuddur. Laboratoriyalarımız var ki, onlardan istifadə etməyi təklif edəcəyik”, - deyə komitə sədri bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR