Külli miqdarda dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

Külli miqdarda dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub
# 20 iyul 2018 11:20 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Samir Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S. Abbasov 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, S.Abbasov Azər Cəlilovdan siqaret alveri etmək adı ilə 112 min manat pul alıb, vədinə əməl etməyib.

Digər zərərçəkmişlər Xalidə Quliyeva və S. Abbasovun tanışı Aytən Quliyevadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR