Gürcüstanda Avropa İttifaqı və NATO haqqında yeni məlumatlandırma kampaniyası başlayıb

Gürcüstanda Avropa İttifaqı və NATO haqqında yeni məlumatlandırma kampaniyası başlayıb
# 26 yanvar 2017 12:51 (UTC +04:00)

Gürcüstanda Avropa İttifaqı (Aİ) və NATO haqqında yeni məlumatlandırma kampaniyası start götürüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, məqsəd Gürcüstanın Avropaya inteqrasiyasının özəllikləri ilə bağlı vətəndaşları məlumatlandırmaqdır.

Layihənin təqdimatında Gürcüstan baş naziri Giorgi Kvirikaşvili, Avropanın İttifaqının Gürcüstandakı nümayəndəsi Yanoş Herman, Avropa və avrointeqrasiya məsələləri üzrə dövlət naziri Viktor Dolidze, xarici işlər naziri Mixail Canelidze, ədliyyə naziri Tea Tsulukiani və digərləri çıxış ediblər.

G. Kvirikaşvili yeni kampaniyanın əhəmiyyətini önə çəkərək bunun Gürcüstanın Avropaya yaxınlaşmasına xidmət edəcəyini bildirib: “Qərb əleyhinə təbliğat artdıqca, xalqımız Avropaya inteqrasiya üçün görülən tədbirlər haqqında, Aİ və Gürcüstan arasında siyasi- iqtisadi əlaqələr barədə daha çox məlumatlı olmalıdır. Böyük Avropa ailəsinin həyatı irəli getməyimizə imkanlar açacaq və ölkəmizin inkişafına təkan verəcək".

Tədbirdə hökumət üzvləri və diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR