Acarıstan və Azərbaycan arasında əlaqələrin genişləndirilməsi müzakirə olunub

Acarıstan və Azərbaycan arasında əlaqələrin genişləndirilməsi müzakirə olunub
# 04 may 2018 09:31 (UTC +04:00)

Gürcüstanın Acarıstan Muxtar Respublikasının hökumət başçısı Zurab Pataradze Azərbaycanın Batumidəki baş konsulu Pərviz İsmayılzadə ilə görüşüb.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə ikitərəfli əməkdaşlıq və əlaqələrin inkişafı perspektivləri müzakirə olunub. Tərəflər ölkələr arasında mehriban qonşuluq münasibətlərini qeyd edərək regional əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyini vurğulayıblar.


Z. Pataradze bildirib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır: “Turizm, səhiyyə, təhsil, mədəniyyət və iqtisadiyyat sahələrində ikitərəfli əməkdaşlıq dinamik olaraq inkişaf edir. Biz Avropa və Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyətinə böyük önəm veririk. Azərbaycandan səfər edən turistlərin sayı ilbəil artır”.


Hökumət başçısı Azərbaycanın Baş Konsulluğu ilə investisiya və iqtisadiyyat sahələri üzrə əməkdaşlığı da vurğulayıb. Görüşdə qeyd olunub ki, biznes sektoru nümayəndələri arasında əlaqələrin qurulması məqsədilə birgə iqtisadi forumların keçirilməsi planlaşdırılır. Tərəflər Azərbaycandan Batumiyə birbaşa aviauçuşlarla bağlı məsələni də nəzərdən keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR