Gömrük orqanlarına təqdim edilməyən nərə balığı kürüsü müsadirə olunub

Gömrük orqanlarına təqdim edilməyən nərə balığı kürüsü müsadirə olunub
# 14 oktyabr 2016 12:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı mütləq qaydada bəyan etməli olduğu nərə balığı kürüsünü əvvəlcədən gömrük orqanına təqdim etməyib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, həmin şəxs baqajını gömrük nəzarətindən keçirmək üçün təqdim edərkən baqajın içərisində gündəlik ərzaq məhsullarının olduğunu bildirib. Lakin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən baqajın yoxlanması zamanı onun içərisindəki ərzaq məhsullarının arasından 12 ədəd plastik qabda qara rəngli kürü aşkar olunub.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən, aşkar olunan məhsul insan qidası üçün istifadəyə yararlı nərə balığı kürüsüdür və ümumi netto çəkisi 5 kiloqram 750 qramdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR