Azərbaycanda pomidor ixracının artırılması üçün subsidiyalar verilə bilər

Azərbaycanda pomidor ixracının artırılması üçün subsidiyalar verilə bilər
# 29 yanvar 2018 11:06 (UTC +04:00)

"İqtisadiyyat Nazirliyi pomidor ixracına subsidiyaların verilməsini nəzərdən keçirə bilər".

APA-Economics”in məlumatına görə, bunu bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, hazırda ixracın artırılması üçün kompleks tədbirlər görülür: “İxracın inkişafı üçün yüksək keyfiyyətli məhsulların istehsal edilməsi vacibdir. Riqada artıq Ticarət Palatası fəaliyyətə başlayıb və buraya pomidor ixrac edilir”.

Nazir qeyd edib ki, hazırda Azərbaycan məhsullarının Yaxın Şərq ölkələrinə ixracının genişləndirilməsi istiqamətində də işlər aparılır: “Pomidor ixracına subsidiyaların verilməsini nəzərdən keçirə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR