Gəncədə iki nəfər bıçaqlanıb

Gəncədə iki nəfər bıçaqlanıb
# 22 oktyabr 2016 18:00 (UTC +04:00)

Gəncə. Azər Məmmədli-APA. Gəncədə bıçaqlanma olub. APA-nın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nigar Rəfibəyli küçəsində baş verib.

Şəhər sakinləri 1998-ci il təvəllüdlü Vahid Abdullayev və onun həmyaşıdı Şakir Kərimov bıçaqlanma xəsarətləri ilə Gəncə şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdiriliblər.

Əməliyyat olunanların vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR