Ötən il DGK xətti ilə büdcəyə daxilolmalar 44% artıb

Ötən il DGK xətti ilə büdcəyə daxilolmalar 44% artıb
# 17 yanvar 2017 07:19 (UTC +04:00)

Ötən il ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 2 mlrd. 291 mln. 597,51 min manat daxil olub.

"APA-Economics" komitənin açıqladığı statistikaya istinadən xəbər verir ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 699 mln. 690,08 min manat və ya 43,95% artıb.

2016-cı il ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 600 mln. 208,37 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 mlrd. 515 mln. 252,82 min manat, aksizlər üzrə 92 mln. 894,26 min manat, yol vergisi üzrə isə 83 mln. 242,06 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR