Bakı Beynəlxalq Dəniz Ticarət Limanı xarici tərəfdaşlarla 4 anlaşma memorandumu imzalayıb

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı xarici tərəfdaşlarla 4 anlaşma memorandumu imzalayıb
# 09 may 2018 14:02 (UTC +04:00)

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC dostluq və əməkdaşlıqla bağlı 4 anlaşma memorandumu imzalayıb.

"APA-Economics" xəbər verir ki, müqavilə Çinin 3, Hindistanın isə 1 şirkəti ilə imzalanıb.

Belə ki, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Lianyunqanq Liman Holdinqlər Qrupu arasında anlaşma memorandumu, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və "Cosco Shipping Lines" MMC şirkəti arasında anlaşma memorandumu, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Quancou limanı administrasiyası arasında qardaş liman əməkdaşlığına dair anlaşma memorandumu, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Mumbay liman tresti arasında anlaşma memorandumunun imzalanma mərasimi baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR