Ağdam sakini ehtiyatsızlıqdan açdığı atəş nəticəsində ölüb

Ağdam sakini ehtiyatsızlıqdan açdığı atəş nəticəsində ölüb
# 03 fevral 2017 07:39 (UTC +04:00)

Ağdam rayon sakini ehtiyatsızlıqdan açdığı atəş nəticəsində ölüb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Xındırıstan kəndində baş verib.

Kənd sakini, 1972-ci il təvəllüdlü İsmayılov Tofiq Kamal oğlu kustar üsulla düzəltdiyi silahı yoxlayan zaman ehtiyatsızlıqdan açılan atəş özünə dəyib.

Sağ gözündən güllə yarası alan T. İsmayılov ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR