Tramp Kim Çen Inla görüşün təxirə salınmasımı istisna etmir

Tramp Kim Çen Inla görüşün təxirə salınmasımı istisna etmir
# 23 may 2018 03:57 (UTC +04:00)

ABŞ prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inla Sinqapurda iyunun 12-nə planlaşdırılan görüşü həmin gün baş tutmaya bilər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Tramp Cənubi Koreya prezidenti Mun Çje İnlə keçirdiyi birgə mətbuat konfransında nüvəzsizləşdirilməni Sinqapur görüşünün keçirilməsi üçün əsas şərt olduğunu bəyan edib.

D.Tramp ABŞ-ın danışıqlara hazırlaşdığını bildirsə də, görüşün təxirə salınacağını istisna etməyib.

Bundan əvvəl vitse-prezident Maykl Pens qeyd edib ki, Vaşinqton Şimali Koreya məsələsində hərbi variantı heç vaxt istisna etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR