Gədəbəydə fermerin heyvanları öldürülüb

Gədəbəydə fermerin heyvanları öldürülüb
# 21 sentyabr 2017 08:58 (UTC +04:00)

Gədəbəydə fermerin heyvanları öldürülüb.

Rayonun Çanaqçı kənd sakini Rizvan Məmmədov APA-nın qərb bürosuna bildirib ki, onun 8 baş xırdabuynuzlu heyvanı öldürülüb, 15 baş heyvanına ağır xəsarət yetirilib, 7 baş heyvanı isə yoxa çıxıb.

R. Məmmədov hadisəni 2 nəfər kənd sakininin törətdiyini iddia edib. Bildirdiyinə görə, həmin şəxslər örüş sahəsindən istifadəyə üçün görə ondan haqq tələb ediblər. Pul vermədiyi üçün qoyun sürüsünə ziyan vurublar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR