FİFA reytinqi: Zambiya Azərbaycan millisini keçəcək

FİFA reytinqi: Zambiya Azərbaycan millisini keçəcək
# 29 noyabr 2016 13:09 (UTC +04:00)

Azərbaycan milli komandasını FİFA reytinqində geriləmə gözləyir. Apasport.az saytının məlumatına görə, noyabrın 24-də açıqlanan reytinqdə dünyanın 90-cı komandası olan yığmamızın mövqeyini qoruya bilməyəcəyi proqnozlaşdırılır.

Növbəti cədvəlin açıqlanacağı dekabrın 22-dək olan müddətdə milli səviyyəsində matçların az qala yox dərəcəsində olması siyahıda dəyişiklikləri minimuma endirib. Lakin bunlar Robert Prosineçkinin yetirmələrindən yan keçməyəcək.

Komandamız bu dövrdə heç bir matça çıxmadığından, həmçinin son 4 ilin müvafiq zaman kəsiyində də rəsmi matç keçirmədiyindən xal hesabı dəyişməz qalacaq. Bu ay olduğu kimi dekabrda da yığmanın aktivində 386 xal olacaq.

Amma bu sabit xal mövqeyimizin qorumaq üçün yetərli deyil. Hər halda, proqnozlar belə deməyə əsas verir.

Ehtimallara görə, millimiz 2016-cı ili 1 pilləlik geriləmə ilə başa vuracaq. Buna Zambiya yığması səbəb olacaq. Hazırda 374 xalla 91-ci pilləyə şərik olan afrikalıları böyük qazanc gözləyir.

İlin sonunda heç bir qarşılaşmaya çıxmayacaq zambiyalılar xal hesabını 401-ə çatdıracaq. Bu 27 xallıq artım “Mis güllələr”in komandamızı arxada qoymasına kifayət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR