Gürcüstanda kriptovalyuta ilə mənzil alınıb

Gürcüstanda kriptovalyuta ilə mənzil alınıb
# 16 iyul 2018 15:08 (UTC +04:00)

Gürcüstanın Batumi şəhərində yeni tikilmiş binada virtual pulla (bitkoin) mənzil alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, mənzili alan şəxs xarici ölkə vətəndaşıdır.

Mənzil satışını həyata keçirmiş şirkətdən bildirilib ki, yaşayış sahəsinin sahibi və alıcı daşınmaz əmlakın qiymətinin bitkoinlə ödənilməsinə dair razılığa gəlib.

Mənzilin qiyməti açıqlanmır.

Qeyd edək ki, Gürcüstanda kriptovalyuta ilə alış-veriş geniş yayılmayıb. 2017-ci ildə Tbilisidə “Mercedes” markalı avtomobil 2 bitkoinə satılıb. Tbilisidə bir neçə yerdə kriptovalyuta bankomatları quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR