Respublika Neyrocərrahiyyə Xəstəxanasında icra olunan əməliyyatların sayı açıqlanıb

Respublika Neyrocərrahiyyə Xəstəxanasında icra olunan əməliyyatların sayı açıqlanıb
# 19 iyul 2017 13:01 (UTC +04:00)

“Ötən il Respublika Neyrocərrahiyyə Xəstəxanasında 2100 əməliyyat icra olunub. Onlardan 129-u təxirəsalınmaz, 1982-si isə planlı əməliyyatlar olub”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Kabus Dadaşov deyib.

O qeyd edib ki, 10 850 xəstəyə yüksək səviyyədə ambulator yardım göstərilib: “Bu ilin 6 ayı ərzində isə əməliyyatların sayı 1014, ambulator müraciətlərin sayı 5511-dir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR