Aqil Məmmədov “Qəbələ”yə qayıdıb

Aqil Məmmədov “Qəbələ”yə qayıdıb
# 25 yanvar 2018 13:24 (UTC +04:00)

“Neftçi”dən ayrılan Aqil Məmmədovun karyerasını hansı klubda davam etdirəcəyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 29 yaşlı qapıçı sabiq komandası “Qəbələ”yə qayıdıb.

Bu barədə əməkdaşımızla söhbətində “qırmızı-qaralar”ın meneceri Səbuhi Səfiyarlı məlumat verib.

Tərəflər arasında mövsümün sonuna kimi nəzərdə tutulmuş müqavilə imzalanıb.

Qeyd edək ki, Aqil “Neftçi”yə qış fasiləsində məhz “Qəbələ”dən keçmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR