Şimali Koreyanın xarici işlər naziri: "Ərazi bütövlüyü, suverenlik, digər ölkələrin işlərinə qarışmamaqdan məqsədli şəkildə imtina edilir"

Şimali Koreyanın xarici işlər naziri: "Ərazi bütövlüyü, suverenlik, digər ölkələrin işlərinə qarışmamaqdan məqsədli şəkildə imtina edilir"
# 05 aprel 2018 13:27 (UTC +04:00)

"Azərbaycana tədbirə ev sahibliyi etdiyi üçün təşəkkür edirəm".

APA-nın məlumatına görə, bunu Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Ri Yon-ho Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib.

O qeyd edib ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun sədrliyi ilə keçirilən bu beynəlxalq konfransın səmərəli olacağına inanır: "Ədalətlə bağlı müxtəlif çağırışlar eşidirik. Bu gün dünyada böyük ölkələr kiçik ölkələri sıxışdırır. Hesab edirəm ki, bu konfrans beynəlxalq sülhə və dayanıqlı inkişafa töhfə verəcək. Beynəlxalq ədalət olmadan beynəlxalq sülh və sabitliyə, dayanıqlı inkişafa nail olmaq mümkünsüzdür. Suverenlik, ərazi bütövlüyü, bərabərlik prinsipi və digər ölkələrin işlərinə qarışmamaqdan məqsədli şəkildə imtina edilir. Kiçik ölkələrin müstəqilliyinin böyük ölkələr tərəfindən müxtəlif formalarda pozulması baş verir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR